həqiqətə yaxın

near the mark близко к истине
həqiqətə oxşamayan (inanılmaz)
həqiqəti gözünün içinə demək (açıq demək)
OBASTAN VİKİ
Yaxın Şərq
Yaxın Şərq — Cənub-qərbi Asiya və Misirin daxil olduğu tarixi-geosiyasi region. Əsas əhali: azərbaycanlılar, ərəblər, ermənilər, assuriyalılar, gürcülər, yunanlar, farslar, yəhudilər, misirlilər, kürdlər və türklər. Yaxın Şərqdə 350–360 milyon müsəlman (türklər, farslar, ərəblər, kürdlər və s.), 20 milyon xristian (ermənilər, yunanalar, gürcülər, aysorlar, qibtilər, marunilər və s.), 7 milyon yəhudi, 1 milyon dürzi, 1 milyon yezidi və s. İqlim əsasən quru, sulama üçün istifadə olunan bir neçə böyük çay var. Yaxın Şərq planetin əhəmiyyətli bir neft istehsal edən bölgəsidir.
Cənnətə yaxın
Cənnətə yaxın (ing. Paradise)— Boris Kunzun rejissorluğu ilə çəkilmiş və baş rollarında Kostya Ulmann, Korinna Kirxqoff, Marlen Tançik və İris Berbenin rol aldığı elmi fantastika triller filmidir. Film 24 iyun 2023-cü ildə Netflixdə yayımlanmışdır. == Süjet xətti == Biotexnologiya şirkəti olan AEON, insanlar arasında həyat müddətini transfer edir. Ən yoxsul insanların daha yaxşı həyat yaşamaq ümidi ilə ömürlərinin müəyyən bir hissəsini satmağa dəvət edildiyi və ən varlıların da bundan istifadə etdiyi qarışıq bir sistem yaradılmışdır. Belə bir mühitdə AEON əməkdaşı olan Maks və həyat yoldaşı Yelena həyatlarının dəyişdiyini görürlər.
Yaxın Dostlar (teleserial)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Yaxın Şərq bəbiri
İran bəbiri (lat. Panthera pardus saxicolor) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinin bəbir növünə aid heyvan yarımnövü. İran, Zaqafqaziya (Azərbaycan, Gürcüstan, Ermənistan), Türkiyə, Türkmənistan, Özbəkistan, Pakistan, Tacikistan və Əfqanıstan.
Ölümə yaxın təcrübələr
Ölümə yaxın təcrübələr (ing. Near-death experience) - Tibbi baxımdan ürəyin dayanması və sonra təkrar işləməsi ilə müşahidə olunan təcrübələrə verilən ad. Ölümə yaxın təcrübələr, xüsusi ilə insanoğlunun ölümündən sonrakı həyata olan marağı səbəbindən tarixən maraq mövzusu olmuşdur.
Monqolların Yaxın Şərq yürüşü
Monqolların Yaxın Şərq yürüşü (1256-1260) - Hülaku xanın komandanlığı altında, ismailli-nizarilərə, Abbasilər xilafətinə, Şam Əyyubilərinə və Misir məmlüklərinə qarşı yürüş. Yürüşün Yaxın Şərq müsəlmanlarına qarşı olmasında Mərkəzi Asiya nestorian xristianlarının böyük rolu olduğundan bəzən(R.Qrusse, Q.V.Vernadski, L.N.Qumilyov) Sarı səlib yürüşü adlandırılır. 1251-ci ildə Monqol İmperiyasının xaqanı elan edilən Möngkə, Sun İmperiyasına və Yaxın Şərq dövlətlərinə qarşı savaşı davam etdirmək qərarına gəldi. Qəzvin və İranın dağlıq rayonlarının əhalisinin, onlara zərər yetirən ismaillili-nizarilərdən şikayəti bəhanələrdən biri oldu. Fəzlullah Rəşidəddinə görə, "kafirlərin haqsızlıqlarından ədalət axtaran bir çoxlarının, buğa ilində Mönqkə xaqana şikayətlərinə cavab olaraq, o həmin kafirlərə qarşı öz kiçik qardaşı Hülakunu göndərdi". Azərbaycanda və İranın şimalında yerləşən monqol sərkərdəsi Baycu da ismaillilərdən və Abbasilərdən şikayət edirdi. Mönkge Hülakuya ismaillilərin dağ qəsrlərini dağıtmaq, lor və kürdlərin tabe edilməsini, və tabe olmasa, xəlifənin mülklərini də zəbt etməyi əmr etdi. Şəmsəddin Cüveyni və onun ardınca Rəşidəddin xəbər verirlər ki, hər ulus Hülaku ordusuna hər on nəfər döyüşçüdən ikisini verməliydi. Lakin bu ancaq, "çox böyük qoşun" anlamında ifadə forması ola bilər, çünki həmin ifadəyə 1246-cı il üçün Cüveynidə, Güyükun İlcidayı ismaillilərə qarşı göndərməsi ilə bağlı, rast gəlmək olar. 15-ci əsr Şəcərət əl-Ətrak (Türklərin şəcərəsi) əsərinin anonim məllifi yazır ki, Mönkge Hülakuya xidmətə yararlı monqolların beşdən birini verdi, və bu 120 min təşkil etdi.
Yaxın dayan (serial, 2021)
Stay Close (Yaxın dayan) — Yazıçı Harlan Kobenin 2012-ci ilde nəşr etdirdiyi eyni adlı romanı əsasında çəkilən və Red Product Company tərəfindənt Netflix üçün istehsal edilmiş Britaniya miniserialıdır. Səkkiz epizoddan ibarət serial 31 dekabr 2021-ci ildə yayımlanıb Meqan Piers Livingston şəhərinin kənarında yaşayan və qaranlıq keçmişini gizlədən anadır. O, sevdiyi şəxs Deyv və üç uşağı ilə xoşbəxt həyatını yaşayır. Rey Levin bir vaxtlar istedadlı sənədli fotoqraf olub . Sevdiyi qadını itirməsi onu çox dəyişir. İndi o heç bir karyera yüksəlişi olmayan işlə məşğuldur: kirayəlik paparazzi, varlıların sosial şəbəkədə məşhur olan uşaqlarının şəkillərini çəkir. Maykl Brum on yeddi il əvvəl baş verən krıiminal hadisən barədə hələ də düşünən detektivdir. Yerli sakinlərdən biri Stüart Qrin 17 il əvvəl heç bir iz olmadan yoxa çıxıb. Qrinin həyat yoldaşı hələ də Stüartın qayıtmasını gözləyir. Stüartın yoxa çıxmasının ildönümündə başqa bir adam itkin düşür, Brum şübhələrindən qurtulmaq üçün bu işlə məşğul olmağı qərara alır.
Yaxın dostlar (teleserial, 2000)
ABŞ və Kanada istehsalı olan serialdır. Serial xüsusilə çoxlu erotik səhnələrlə zəngindir və daha çox homoseksual həyatı əks etdirir. İlk seria bir gey klubunda rastlaşan 4 dostla başlayır. Brayn 35 yaşlı bir gəncdir Castin isə 17 yaşlı yeniyetmə. Bir gün Castinlə sekslə məşğul olan Brayn üçün əvvəllər bu sadəcə həzz idi. Lakin zaman keçdikcə Castinə aşiq olan Brayn, hisslərinin ona qarşı güclü olduğunu görür.
Yaxın İspaniya (Roma əyaləti)
Yaxın İspaniya (latın dilində:Hispania Citerior) - qədim Roma respublikasının Pireney yarımadasında, müasir İspaniyanın şimal-şərqində, Ebro (latın dilində:Iberus) çayının (sonralar bütün yarımada əarzisi bu çayın adı ilə İberiya adlandırılmışdır) sahilində yerləşən əyaləti. Əyalətin mərkəzi Tarrako şəhəri idi. Kantabriya müharibələri nətcəsində Pireney yarımadası romalılar tərəfindən tamamilə işğal edildikdən sonra Yaxın İspaniya Uzaq İspaniya əyalətinin bir hissəsi olan Qalisiya (latın dilində: Gallaecia) ilə birləşdirildi. Bu hadisədən sonra yeni Tarrakon İspaniyası (latın dilində:Hispania Tarraconensis, ispan dilində: Tarraconense) adlanan yeni əyalət yarandı. Géza Alföldy: Fasti Hispanienses. Senatorische Reichsbeamte und Offiziere in den spanischen Provinzen des römischen Reiches von Augustus bis Diokletian. Steiner, Wiesbaden 1969 (S. 3-130, 230—252 zu den Beamten der Hispania citerior) Tilmann Bechert: Die Provinzen des römischen Reiches. Einführung und Überblick.
Yaxın Şərq Tekniki Universiteti
Orta Şərq Texniki Universiteti ya da qısaca ODTÜ (türk. Orta Doğu Teknik Üniversitesi) - Birləşmiş Millətlər Təşkilatının yardımı ilə Türkiyənin baş naziri Adnan Menderes və Türkiyə Dövlət Avtomobil Yolları Baş direktoru Vəcdi Dikər, həmçinin İstanbul Texniki Universitetinin bir qrup professorları tərəfindən 15 noyabr 1956-cı ildə yaradılan dövlət universitetidir. 2014-cü ildə açıqlanan nəticələrə görə dünyanın ən yaxşı 85-ci universitetidir. Orta Şərq Texniki Universiteti Türkiyə və digər Orta Şərq ölkələrinin inkişaflarını dəstəkləmək, xüsusilə fən elmləri və sosial elmlər sahələrində mütəxəssis yetişdirmək üzrə 15 Noyabr 1956 tarixində "Orta Şərq Yüksək Texnologiya İnstitutu" (Orta Doğu Yüksek Teknoloji Enstitüsü) adıyla təhsil fəaliyyətinə başlamışdır. Universitet ilk açıldığı illərdə Kızılay Meydanında Emekli Sandığına aid kiçik bir bina ilə Türkiyə Böyük Millət Məclisi yaxınlarındakı olan baraklarda keçirdikdən sonra, 1963-cü ildə bu gün xidmət etdiyi müasir kampusa daşınmışdır. ODTÜ Ankara Kampusunda başlıca 5 fakültə və bunlara bağlı 41 kafedra vardır: Türkiyə universitetlərinin siyahısı Orta Doğu Teknik Universiteti ODTÜ Haber | ODTÜdən Xəbərlər...
Yaxın Şərqdə Amerika Yardımı Cəmiyyəti
Yaxın Şərqdə Amerika Yardımı cəmiyyəti — ABŞ hökumətinin Birinci dünya müharibəsində hərbi əməliyyatlardan zərər çəkmiş xalqlara yardım göstərilməsi məqsədilə yaratdığı təşkilat. 1915-ci ilin sentyabrında yaradılmışdır. Cəmiyyətin Yaxın şərq ölkələrində, habelə Qafqazda (Bakı, Şuşa, Tiflis, İrəvan. Batum və b. şəhərlərdə) şöbələri təşkil olunmuşdu. Bu şöbələr ehtiyacı olan əhaliyə maddi yardım göstərməklə bərabər, bölgələrdəki vəziyyət barəsində məlumatlar da toplayırdılar. Cəmiyyətin fəaliyyəti əsasən, erməni əhalisinə ünvanlandığı üçün əldə edilən və Amerika hökumətinə göndərilən məlumatlar da bir qayda olaraq ermənilərin mənafelərini və baxışlarını əks etdirirdi. Cəmiyyətin Azərbaycanda fəaliyyəti xüsusilə 1919-cu ilin ortalarında xeyli güclənmişdi. 1919-cu ilin noyabrında Cəmiyyətin Qafqaz bölməsinin rəhbəri vəzifəsinə polkovnik V.Haskel təyin edilmişdi. Bölmənin heyəti 40 nəfərdən ibarət idi.
Boomerang (Yaxın Şərq və Şimali Afrika)
Bumeranq Avropa - Yaxın Şərq və Afrika (əvvəllər Boomerang HQ) - uşaqların cizgi filmlərini yayımlayan Warner Bros. Afrika-ya məxsus bir uşaq kanalıdır. Bumeranq Afrika - Afrikada yayımlanan və Bumeranq MENA - Yunanıstan və Kiprdən əlavə Yaxın Şərqdə və Şimali Afrikada yayımlanir.
Günəşə bir mərtəbə yaxın (film, 1967)
Rejissor: Cahid Nəzərov
Çox yaxın, çox uzaq (film, 2005)
Çox yaxın, çox uzaq ( fars. خیلی دور، خیلی نزدیک‎ , Kheili Dour, Kheili Nazdik ) - rejissor Reza Mirkəriminin 2005 -ci ildə çəkdiyi İran dram filmi . Film həmçinin Oskarda ən yaxşı xarici film üçün İran təmsilçisi seçilib. Təkəbbürlü nevropatoloq oğluna əməliyyat olunmayan beyin şişi diaqnozu qoyulanda həyatının mənasını araşdırmalıdır. Oğlunun astronomiya sahəsində səyahətinə yetişmək üçün səhrada gəzintisi onu onun baxışlarına və dəyərlərinə meydan oxuyan bir sıra adi görünən insanlarla qarşılaşmasına gətirib çıxarır.
Yaxın Şərq və Şimali Afrika ölkələrində etiraz dalğası (2010-2011)
Ərəb ölkələrində etiraz dalğası — 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (ing. UNRWA, ərəb. الاونروا‎) — məqsədi fələstinli qaçqınlara yardım etmək və onları qorumaq olan BMT agentliyi. UNRWA Suriya, Livan, İordan çayının qərb sahili, Qüds və Qəzzə zolağında fələstinli qaçqınlara xidmət göstərir. Agentlik 8 dekabr 1949-cu ildə təsis edilmişdir. 30 mindən çox işçisinə malik olan UNRWA BMT-nin ən böyük proqramlarından birinə çevrilmişdir. Официальный сайт БАПОР Пайпс, Даниэль.